Almaniyanın "Die Welt" qəzetinin müxbiri Deniz Yücel Türkiyədə həbs olunub.

Mia.az xarici mediaya istinadla xəbər verir ki, o, işlədiyi qəzetdə "Türk millətini və dövlətini təhqir etmək" və "Prezidenti təhqir etmək" ittihamları üzrə başladılan istintaq çərçivəsində ötən gün hakim qarşısına çıxarılıb.

Məlumata görə, İstanbul 2-ci Asliye Cəza Məhkəməsində keçirilən prosesdə müttəhim Deniz Yücelin adından onun vəkili Merve Turhan iştirak edib. 

Məhkəmədə aydın olub ki, jurnalistə proseslə bağlı məlumat verilsə də, o, iclasdan bilərəkdən yayınıb. Bu səbəbdən, məhkəmə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb.

Məlumata görə, jurnalist saxlanılıb, prosesi isə oktyabrın 17-nə təxirə salınıb.

Xatırladaq kii, Deniz Yücelin 26-27 oktyabr 2016-cı il tarixlərində Almaniyada nəşr olunan "Die Welt" qəzetində Türkiyənin əleyhinə iki məqalə dərc edib. Məqalələrin birində kürdlərlə, digərində isə errmənilərlə bağlı qondarma iddialara yer verən jurnalist bununla da kifayətlənməyərək, Türkiyə dövlətinə, onun liderinə böhtan, təhqirdolu ifadələr işlədib. O vaxtdan 7 il davam edən istintaq çərçivəsində jurnalistin cinayət işi dünən məhkəməyə göndərilib...

Samir MUSAYEV

MİA.AZ