Jurnalist Fatih Altaylı “Habertürk”dən ayrıldığını açıqlamasından sonra Fatih Portakalın da “Sözcü” telekanalından istefa verməsi barədə xəbər yayılıb.
Mia.az xəbər verir ki, məşhur jurnalist yayılan xəbərlərə operativ reaksiya verib.
Portakal Tviter-dəki hesabında canlı yayıma çıxaraq deyib ki, onu "Habertürk"dən ayrılan Fatih Altaylı ilə qarışıdıranlar var.
Jurnalist daha sonra məsələyə ironik münasibət bildirib: "Bu dəqiqə Tanerlə yol gedirəm. Deyir, abi, "Sözcü"dən ayrılmışsan. Mən də gəl, o zaman məni hava limanına, ya da İzmirə apar. kanaldan ayrıldığımı bilmirəm. Gedib kanaldan soruşacam. Düşünürəm ki, bu axşam sizinlə efirdə görüşəcəyəm".
Xatırladaq ki, Fatih Altaylı bu gün Habertürtk TV-dən istefa verib. O, 40 il yazdığın deyərək, daha heç kimin əlinin altında omaq istəmədiyini deyib: "Zatən, bu sahədə özümdən üstün olanını da görmürəm".
Zülfiyyə
Mİ.AZ