Gömrük Komitəsinin idarə rəisi vəzifəsindən azad olunub.
Mia.az Qaynarinfo-ya istinadla xəbər verir ki, Komitə sədri, general-leytenant Şahin Bağırovun müvafiq əmri ilə qurumun Maliyyə və Təchizat İdarəsinin rəisi, polkovnik Fuad Əlizadə işdən çıxarılıb.
Xatırladaq ki, Fuad Əlizadə bu vəzifəyə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vıəzifəsində çalışıb.
Sahil Babayev nazir təyiin olunan kimi, onunla yanaşı, Səlim Müslümovun digər qohumları - əmisi oğlu Yalçın Müslümovu, DSMF-nin Nəsimi şöbəsinin müdiri Əsgər Əsgərovu eyni gündə vəzifədən çıxarıb.
Mia.az məlumat üçün onu da qeyd edir ki, Fuad Əlizadə Səlim Müslümovun dayısının kürəkənidir.
Maraqlı budur ki, S.Babayev vəzifədən çxarandan az sonra Gömrüyün keçmiş sədri Səfər Mehdiyev ona yüksək vəzifə vermişdi.
Samir
MİA.AZ