"Sosial şəbəkədə yayılmış foto Azərbaycanda çəkilməyib".

Mia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Araşdırmalarla məlum olub ki, fotoşəkil 2 gün öncə xarici ölkələrdən birinin sosial şəbəkə seqmentində yayılıb", - məlumatda qeyd olunub.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə dəmir yolunun üzərində hasar tikilməsini özündə əks etdirən foto yayılıb.