Prezidentliyə namizəd Kamal Kılıçdaroğluna sui-qəsd anonsunu paylaşan jurnalist saxlanılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, jurnalist Merdan Yanardağ barəsində istintaq başladılıb və o, az əvvəl şübhəli şəxs qismində prokurorluğa çağırılıb.
Xatırladaq ki, o, Kılıçdaroğluna sui-qəsd etmək üçün Gürcüstandan bir qrupun ölkəyə daxil olması barədə sosial şəbəkədəki səhifəsində paylaşım edib: "Türkiyənin siyasi və ictimai həyatına dərindən təsir edəcək mühüm bir hadisəni gec saatlarda da olsa ictimaiyyətlə paylaşmağı zəruri hesab edirəm. Mən öz mənbəmə güvənirəm. Kamal Kılıçdaroğluna sui-qəsd edəcək bir qrup Gürcüstandan Türkiyəyə daxil olub".
Məlumata görə, bu postu paylaşan Yanardağa qarşı Türkiyə Cinayət Məcəlləsinin 217/A maddəsi ilə cinayəti işi açılıb, istintaq aparılır.
Zülfiyyə
MİA.AZ