İtaliyada 37 yaşlı televiziya aparıcısı qəfil ölüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu yaxınlara qədər müxtəlif TV-lərdə işləmiş Monika Sirianni dostları ilə barda əylənərkən qəfil yerə yıxılıb.

Monika xəstəxanaya aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.

Məlumata görə, o, infarktdan vəfat edib.

Zülfiyyə

MİA.AZ