"Barselona" Türkiyədə kömür mədənində baş vermiş partlayışla bağlı başsağlığı verib.
Qol.Az-ın məlumatına görə, klub rəsmi "Tvitter" səhifəsindən 245 nəfərin öldüyü faciəyə çox təəssüfləndiyini bildirib:
"Bu faciə bizi də çox üzdü. Dünyadakı bütün azarkeşlərimiz və klub adından yaralı olanlara şəfa diləyirik".
Qeyd edək ki, bundan "Borussiya", "Liverpul", "Ayaks", "Atletiko" da bu hadisə ilə bağlı başsağlığı vermişdi.