Avropa Liqasının qalibi bəlli olur (YENİLƏNİR)

Bu gecə UEFA Avropa Liqasında 2013/14 mövsümünün qalibi məlum olacaq.

Qol.Az-ın məlumatına görə, həlledici görüşdə İspaniyanının"Sevilya" və  Poruqaliyanın "Benfika" klubları üz-üzə gələcək.  

İtaliyanın Turin şəhərində keçiriləcək oyun komandaların avrokuboklarda ikinci qarşılaşması olacaq. Belə ki, 1957-ci ildə Çempionlar kubokunun finalında üz-üzə gələn rəqiblərin  duelindən ispanlar qalib ayrılıb.

Oyun Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.