Bu gündən Azərbaycanın ümumtəhsil müəssisələrinin IV siniflərində təhsil alan şagirdlərin yerdəyişməsi dayandırılıb.

Mia.az Elm və Təhsil Nazirliyinə istinadla xəbər verir ki, mayın saat 17:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə IV sinif şagirdlərinin yerdəyişməsi dayandırılıb.