Türkiyədə saxlanılan Uçankuş TV-nin sahibi Can Tanrıyarla bağlı qərar verilib.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, İstanbul polisi tərəfindən aprelin 26-da evində saxlanılaraq polis idarəsinə aparılan TV sahibi kriminal avtoritet olduğu deyilən Muhammed Yakutla gizli əlaqədə ittiham olunub.

O, avtoritetin "YouTube" üzərindən Türkiyənin rəhbər şəxslərini hədəfə alan kompromat tipli açıqlamalarına yardımda günahlandırılıb.

Qeyd olunub ki, jurnalist Can Tanrıyar keçmiş biznes ortağı Metin Günəşin "təhdid və şantaj" iddiası ilə bağlı şikayəti əsasında saxlanılıb.

Prokurorluqdakı uzun ifadəsindən sonra isə, o, dünən növbətçi məhkəməyə çıxarılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

İttiham aktına əsasən, Məhəmməd Yaquta “hədəf seçdiyi adamlar”la bağlı kompromat verdiyi iddia edilən Tanrıyarın onunla işbirliyi içində olub.

Məlumata görə, Tanrıyar və həyat yoldaşı Tamara Muhammed Yakut Almaniyaya getməmişdn əvvəl onunla 32 dəfə görüşüb. 

Bundan əlavə, Tanrıyarın evində aparılan axtarış zamanı bir çox insana qarşı komrtomat dosyeləri tapılıb.

Samir

Mia.az