Prokuror "Azimport" şirkətinin rəhbəri, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti Azər Əsgərovdan hədə-qorxu yolu ilə 500 min dollar almaqda təqsirləndirilən iş adamı Kamal Akimovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Mia.az Report-a istinadla xəbər verir ki, bu barədə dövlət ittihamçısı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda elan edib.
Məhkəmənin növbəti iclası iyun 9-na təyin edilib.
İttihama görə, K.Akimov A.Əsgərovu özünə və ailəsinə zərər yetirməklə hədələyərək ondan 500 min dollar alıb.
Onun barəsində Cinayət Məcəlləsinin 182.3.2 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub.
K.Akimovun barəsində həbs qətimkan tədbiri seçilməyib.
Xatırladaq ki, təqsirlənndirilən şəxsin general Nəcməddin Sadıkovun oğlu ilə şərik biznesdə adı hallanıb.
Mia.az