Türkiyədə Uçankuş TV-nin sahibi Can Tanrıyar İstanbul Polis İdarəsi tərəfindən saxlanılıb.
Mia.az xəbər verir ki, o, evində saxlanılaraq polis idarəsinə aparılıb.
Məsələ ilə bağlı məşhur aparıcı Uğur Dundar "Tviter"də paylaşım edib: "YouTube-da xaricdən yayımlanan Muhammed Yakut adlı şəxs Can Tanrıyarın keçmiş ortağı Metin Günəşlə bağlı iddialar irəli sürüb. Metin Günəşin bununla bağlı prokurorluğa "təhdid-şantaj" iddiası ilə bağlı şikayətinə görə Tanrıyar da saxlanılıb"
Samir
Mia.az