Müğənni Hadisənin şikayəti əsasında aparıcılara cinayət işi açılıb.

Mia.az Türkiyə mətbuatın istinadıa xəbər verir ki, "Beyaz TV"nin "Söyləməzsəm, olmaz" verilişinin aparıcıları Seren Serengil, Bircan Bali və Arto kimi tanınan Harutyan Dalğa haqqında müğənni Hadisə İstanbul prokurorluğuna şikayət verib.

Hadisə şikayətində adıçəkilən aparıcıların verilişdə onunla ABŞ-da həbs olunan iranl iş adamı Rza Zərrabın vaxtı ilə aralarında olan mesajları təhrif olunmuş formada yayaraq, şərəf və ləyaqətini alçaltmaqda ittiham edib: "Bu aparıcılar barəmdə qəsdən, yalan məlumatlar yayıblar".

Məlumata görə, Rza Zərrabın da adının hallandığı şikayət üzər görə istintaq başa çatıb: "İstanbul Prokurorluğu tərəfindən hər üç aparıcının ifadəsi alınıb. İstintaqda ifadəsi alınan Seren Serengil deyib ki, Hadisə ilə Rza Zərrabın mesajları ilə bağlı iranlı iş adamının vəkili ilə əlaqə yaradıb. Və söhbət zamanı vəkil bu faktları təsdiqləyib...".

İfadələri alınan Bircan Bali və Arto da ifadələrində bir vaxtlar ölkənin gündəmində olan Rza Zərrabla Hadisənin arasında yazışmaya ümumi formada münasibət bildirdiklərini deyiblər: "Biz ümumi vəziyyətdən söhbət açıb, fikirimizi demişik. Hadisəni hədəfə almamışıq. Bu, sadəcə, qaydalar çərçivəsində tənqid olub".

Məlumata görə, prokurorluğun şikayət əsasında hazırladığı ittiham aktında telekanalda səsləndirdiyi iddialarla bağlı Seren Serengilə 5 aydan 4 il 8 aya qədər, Bircan Bali və Artoya isə 3 il 6 aya qədər həbs tələbi var: "Yaxın günlərdə bu iş üzrə İstanbul Asliye Cəza Məhkəməsində prosesə start veriləcək".

Ləman

MİA.AZ