Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yeni təyinat olub.
Mia.az xəbər verir ki, Tehran Babatov Dövlət Xidmətində rəisin baş köməkçisi vəzifəsinə gətirilib.
Məlumata görə, o, bundan əvvəl ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyində (MTN) Kadrlar Baş İdarəsində şöbə rəisi işləyib.
Xatırladaq ki, 10 gün əvvəl Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə Mürsəl İbrahimov yeni rəİs təyin edilib.
O, bu vəzifədə general Arzu Rəhimovu əvəzləyib.
Mia.az