Türkiyənin Samsun şəhərində bir kişi həyat yoldaşına mesaj yazan 33 yaşlı İbrahim Kəskinını kəlləsində güllələyərək öldürüb.
Mia.az Türkiyə TV-lərinə istinadla xəbər verir ki, hadisə Samsunun Salipazarı mahalının Gökçeli məhəlləsində yerləşən dönərxananın qarşısında baş verib.
Murad K adlı şəxs arvadına sevgi mesaj yazdığı üçün düşmən münasibətində olduğu İbrahim Kəskini görər-görməz silahına əl atıb. Aradakı adam onun qarşısını kəssə də, buna nai ola bilməyib. Murad ona əvvəlc ə bir güllə sıxıb, yerə yıxıldıqdan sonra isə çox yaxın məsafədə başına daha ikik güllə vurub.
O, xəstəxanaya aparılsa da, yolda həyatı ilə vidalaşıb.
Məlumata görə, Murad K ilə İbrahim Keskin yaxın qohumdurlar.
Fərid
MİA.AZ