Ağcabədidə sursat tapılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Mia.az-a bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Qarqar çayının yatağından sursat aşkar edilib. Belə ki, oradan 4 ədəd qumbaraatan mərmisi, 88 ədəd avtomat patronu və 2 ədəd avtomata aid hissələr götürülüb.
Faktla bağlı araşdırma aparılır.
MİA.AZ