Türkiyədə mafiya lideri Sedet Peker kmi bir çox siyasiləri və nazirlərin gizli sirlərini açaraq, çox ağır ittihamlar irəli sürən Məhəmməd Yakut adlı şəxsdən müsahibə aldığı üçün saxlanılan jurnalist Serdar Akınan bu gün səhər azadlığıa buraxılıb.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə onun özü açıqlama evrib.
Bildirib ki, o, jurnalist kimi peşə fəaliyyətini yerinə yetirib: "Ölkəmiz tarixinin ən kritik seçkisinə gedərkən dilə gətirlənn bu qədər ağır iddiaların sorgulanması bir jurnalistin əsl vəzifəsindir. Mən də işimi gördüm".
Jurnalist saxlanılandan sonra hökumətə yaxın mediuada "vurulması"na da təəssüflənib: "Pis də bu idi ki, barəmdə aparılan istinataq işində həmin bu "yandaş media"da barəmdə olmazın böhtanları yer alıb. Halbuki, bunlar mənim qəbul edəcəyim şeylər deytil. Bu yayın orqanalrındakılar FETÖ bağlantılı yayın orqanalırnda işləyərkən, baş redaktoru olduğum "Sky Türk" kanalında illərcə Fettullah Gülən və qrupu haqqında xəbərlər vermişəm, buna görə onların ən ağır hücumlarına məriuz qalmışam. Ona görə deyirəm ki, indi haqqımda açılan dosyaya daxil edilən saxta iddalar mənim 35 illik məslək həyatımı ləkələməyə cəhddir".
Serdar Akinan Məhəmməd Yakutla tanışlığına gəlincə, deyib ki, onu tanımayıb: "Adını internetdə araşdırdım. Diyarbəkirdə məsləkdaşlarımı aradım. İlk yayında onu hədəf alaraq iddialarının çox ciddi olduğunu, bu günə qədər bilinən bir sima olmadığını və bu durumun şübhəli olduğunu ifadə etdim. Araştırmalarım devam ederken kanalından ikinci videoyu paylaşdı və "Sərdar Akinan adında bir qəzetçi var, məni araşdırırmış. Məni araşdırmaq istəyirssə, 1992 illərdə BOTAŞ-da çalışdığımı bilsin" dedi. Həmin yayında Ordulu deputat Cemal Enginyurt ilə telefonda danışdığını da dedi. Mən də Enginyurtu aradım. O da "mən tanımıram, mənə bağlandı, danışdm" dedi. Telefonunu istədim, o da verdi. Görüntülü olarak danışdıq. Harada olduğunu demədi. Bundan sonra onunla anlaşaraq müsaqhibə aldım...".
Xatırladaq ki, jurnalist dünən səhərə yaxın saat 05:16-da evinə gələn polislərə qapını açmamışdan əvvəl Tvitter hesabında paylaşım edərək nəzarətə alındığını açıqlayıb: "Saxlanılıram. Ayvacık rayon polis bölməsinə aparılıram".
Samir
MİA.AZ