Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov aprelin 17-də Sabirabad Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.

Mia.az DİN-in Mətbuat xidmətinə istinadla xəbər verir ki, Rayon Polis Şöbəsinin inzibati binasında İmişli, Beyləqan, Füzuli, Xocavənd, Saatlı və Sabirabad rayonlarından qəbula gələn 132 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.

Müraciətlərin əksəriyyəti yerindəcə həll edilib.