Ali Məhkəmənin Mətbuat xidmətinin rəhbəri Allahverdi Məmmədli vəzifəsindən azad olunub.

Mia.az xəbər verir ki, o, bu barədə Report-a məlumatı təsdiqləyib.

Bildirib ki, son yaş həddi ilə əlaqədar öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.

Mİa.az-ın əldə etdiyi məlumata görə, onun yerinə Kənd Təsərrüfatı Nazirliynin mətbuat katibi Vüqar Hüseynov gətirilir.

Qeyd edək ki, Prezident İlham Əliyevin aprelin 4-də imzaladığı sərəncamla İnam Kərimov Ali Məhkəmənin sədri təyin edilib. 

Mia.az