Ağ Ev Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi Rusiyada həbsdə olan amerikalı jurnalist Evan Gershkoviclə bağlı açıqlama verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, prezident Baydenin təlimatı ilə həmin jurnalistin ailəsi ilə daimi görüşdüklərini deyib: "Bundan əlavə, haqsız olaraq həbs edilərək, girov saxlanılan jurnalistin sərbəst buraxılması ilə bağlı proses gedir".
Kirbi jurnalistə müvafiq konsulluq tərəfindən xidmət göstərildiyini də sözlərinə əlavə edərık, bildirib ki, onun azadlığa buraxılması üçün Rusiya ilə üçüncü ölkə vasitəsi ilə danışıqlar aparılır. Ancaq o, təfərrüat barədə danışmayıb.
Xatırladaq ki, bundan əvvəl Rusiya ilə ABŞ arasında həbsxanada olan vətəndaşlarının dəyişdirilməsi prosesi Türkiyənin vasitəçiliyi ilə baş tutub.
Zülfiyyə
MİA.AZ