Uzun müddət "Halk TV"-də işləyən tanınmış jurnalist İsmail Saymaz adıçəkilən TV-dən ayrılıb.
Mia.az xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.
Jurnalist bildirib ki, bu gündən etibarən "Halk TV" ilə yollarını ayırır: "20 aya yaxındır çiyin-çiyinə çalışdığım Halk TV işçilərinə və dəyərli izləyicilərimizə təşəkkürümü bildirirəm. Haqqınızı halal edin".
Məlumata görə, o da FOX TV-nin məşhur aparıcısı Fatih Portakal kimi “Sözcü TV” ilə anlaşıb.
Bildirilir ki, İsmail Saymaz bu TV-də veriliş aparacaq.
Zülfiyyə
MİA.AZ