A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları araşdırmalara başlayıb.
Mia.az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.
Bildirilib ki, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.