Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin meneceri Vüsalə Eyyubqızı vəzifəsindən ayrılıb.
Mia.az xəbər verir ki, bu barədə onun özü açıqlama yayıb.
V.Eyyubqızı bildirib ki, bu gündən nazirliyin rəqəmsallaşma sahəsində “AzInTelekom"MMC, " Elektron Təhlükəsizlik Xidməti, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ictimaiyyətlə əlaqələr üzrə meneceri vəzifədən gedib: "Bu 1 il ərzində Sizin dəstəyinizlə mənə göstərilən etimadı doğrultmağa çalışmışam.
Başda Rəqəmsal İnkişaf və Nəqliyyat naziri cənab Rəşad Nəbiyev olmaqla, nazirliyin çox doğma kollektivinə dərin minnətdarlığımı bildirirəm".
Lamiyyə
Mia.az