Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin tərkibində Sənəd dövriyyəsinin təşkili şöbəsi yaradılıb.

Mia.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb

Məlumata görə, yeni yaradılan şöbəyə İsmayıl Ağayev rəis təyin olunub.

Qeyd edək ki bu təyinata qədər İsmayıl Ağayev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük prokuroru vəzifəsində çalışıb.

Mia.az