Hesablama Palatası aprelin 3-dən etibarən "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də (AzTV) audit aparır.

Mia.az xəbər verir ki, bu barədə Palata məlumat yayıb.

Bildirilib ki, Palatanın həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələri barədə məlumatların təqdim edilməsi "Hesablama Palatası haqqında" Qanunun 37-ci maddəsinə uyğun olaraq tənzimlənir və kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə bağlı məlumatlar, onların nəticələrinə dair materiallar Milli Məclisə göndərildikdən sonra verilir.

Mia.az