Bakıda iki vətəndaşın bank hesabından 20 min manata yaxın pul oğurlanıb.
Mia.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, martın 28-də və 30-da bir vətəndaşın 9 845 manatının, digər vətəndaşın isə 9 900 manatının bank hesablarından oğurlanması barədə polisə məlumatlar daxil olub.
Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş Anar Quliyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.