Azərbaycanın Gürcüstandakı səfirliyinin nəzdində Daxili İşlər Nazirliyinin nümayəndəsi, polis polkovniki İmran Mustafayev vəzifəsindən azad edilib.

Mia.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Nazirin digər əmri ilə polis polkovniki İmran Mustafayev Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində DİN-in nümayəndəsi təyin edilib.

Hələlik Azərbaycanın Gürcüstandakı səfirliyininin DİN nümayəndəsinin rəhbəri vəzifəsinə təyinat olmayıb.

Məlumatı DİN-in mətbuat xidmətindən Qaynarinfo-ya təsdiq ediblər.