Meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) cinayət işi məhkəməyə göndərilib.

Məlumata görə, iş Bakı Ağır Cinayətlər Məhkəməsininə daxil olub.

Yaxın gülərdə cinayət işi icraata götürüləcək və məhkəmənin hazırlıq iclasının vaxtı məlum olacaq/Report.

Mia.az xatırladır ki, Rəşad keçən ilin noyabrın 9-u saat saat 5 radələrində Qaradağ rayonu ərazisində 1979-cu il təvəllüdlü qonşusu İskəndər Mehdiyev çoxsaylı bıçaq xəsarətləri ilə öldürüb.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisə ilə bağlı İ.Mehdiyevin tanışı, 1984-cü il təvəllüdlü R.Əmirov istintaqa cəlb edilib.

Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.

Ləman

MİA.AZ