Millət İttifaqının prezidentliyə namizədi, CHP lideri Kamal Kılıçdaroğlu Türkiyənin 10-cu prezidenti Əhməd Necdət Sezəri ziyarət edib.
Mia.az Haberturk TV-yə istinadla xəbər verir ki, Kamal Kılıçdaroğlu və heyəti Əhməd Necdət Sezər tərəfindən çox isti qarşılanıb.
Məlumata görə, görüş təklifi Əhməd Necdət Sezər tərəfindən olub.
O, görüşdən sonra jurnalistlərə qısa açıqlama verib: "Kamal bəyə uğurlar arzulayıram, onu dəstəkləyirəm”.
Samir Musayev
MİA.AZ