Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Gənclər üçün Təhsil Mərkəzi tərəfindən Qarabağ gəncləri arasında təşkil olunan şahmat çempionatına yekun vuruldu.

Mərkəzdən Mia.az-a daxil olan məlumata görə, Ağcabədi rayonunda keçirilən və 2 gün davam edən çempionatın bağlanış mərasimində Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə çıxış edərək, Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə idmana və gənclərin inkişafına daima diqqətlə yanaşdığını, hər zaman qayğı göstərdiyini bildirdi. Qeyd etdi ki, bu gün də Heydər Əliyevin layiqli davamçısı, prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu gənclər siyasəti davam etdirilir, təhsillə yanaşı gənclərin intelektual və mədəni səviyyələrinin də inkişafı üçün dövlət tərəfindən istənilən şərait yaradılır. Şahmatın məntiq tələb edən intelektual oyun olduğunu bildirən F.Həsənzadə Azərbaycanda bu oyun növünə hər zaman yüksək marağın olduğunu və ölkəmizin şahmat üzrə dünyanın 20 ən güclü dövlətləri sırasında olduğunu vurğuladı.

Tədbirdə iştirak edənlər digər rəsmi qonaqlar da gənclərin belə bir çempionat təşkil etməsinin əhəmiyyyətini vurğulamış, Ulu öndər Heydər Əliyevin xatirəsini hörmətlə yad etmişdirlər.

Təşkilat Komitəsi Şahmat Evində 2 gün davam edən çempionatın gedişi haqqında məlumat vermiş və iştirakçıları sonuncu final oyununu izləməyə dəvət etmişdirlər.

Çempionatın sonunda qalib olmuş Qarabağlı gənclərə Mərkəzin tərəfindən diplom və  müxtəlif hədiyyələrlə təltif olunmuşdurlar.