“Fazil əmim zəng etdi, ilk sözü bu oldu ki, “məni vurublar, tez gəl, evə daxil ola bilərlər”. Mən özümü çatdıranda artıq cinayətkarlar qaçmışdı”.

Mia.az xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında sui-qəsdə məruz qalan deputat Fazil Mustafanın qardaşı oğlu Toğrul Mustafayev deyib.

O bildirib ki, qan itirməməsi üçün əmisinin ayağını və qolunu kəmərlə  sıxıb:

Ağlıma ilk gələn yer “Semaşko” oldu. Gətirdim, buraya. Təmkinini itirməmişdi”.  

Mia.az