Türkiyədə prezidentliyə namizəd Məhərrəm İncənin "sözdə sənətçi" deyə xitab etdiyi sənətçilərlə arasındakı gərginlik böyüyür.
Mia.az xəbər verir ki, İncə bu gün tvit ataraq sənətçilərdən üzr istəsə də, yenə də ona qarşı etirazlar davam edir.
Bu gün "Tvitter" hesabından Məhərərm İncəni etiketləyərək paylaşımlar edən aparıcı Öykü Serter ona "nankor" deyib: "Nankorsunuz, ancaq nankorluğa yarayırsınız. Sizinlə də hesablaşacaq və sonsuzadək unudacağıq. Işıltılı günlərinizin son dəmlərini, lazımsız populyarlığınızın dadını çıxarın. Sənətçi deyiləm, insanam, yaxşı niyyətliyəm, amma axmaq değylim. 2018-də namizədliyini dəstəklədiyim üçün özümdən üzr istəyırəm".
Ləman
MİA.AZ