İsveç ordusunda "TikTok"dan istifadə qadağan olunub

Mia.az xəbər verir ki, bu barədə İsveç Müdafiə Nazirliyi açıqlama yayıb.

İsveç Müdafiə Nazirliyindən verilən açıqlamada qadağa ordudakı təhlükəsizliklə əlaqləndirilib.

Mətbuat katibi Quna Qraufeldtin sözlərinə görə, belə qərar vermələrinə səbəb istifadəçilərin şəxsi məlumatlarına müdaxilə və TikTok-un sahibi barədə yayılan hesabatlar olub: "Cib telefonları və planşetlərdən istifadənin özlünün belə təhlükəsizlik riski yaratdığını nəzərə alsaq, biz TikTok-un ordumuzun şəxsi heyəti arasında istifadəsinə normal baxa bilmərik".

Xatırladaq ki, keçən həftə Norveç və Fransa da bir çox dövlət quurmlarında bu sosial şəbəkənin istifadəsinə qadağa qoyub.

Lamiyə Əhmədli

MİA.AZ