Bakıda 320 saylı orta məktəbdə 2023-cü il “Heydər Əliyev ili” və 1918-ci il azərbaycanlılara qarşı törədilmiş soyqırımın 105-ci ildönümü ilə əlaqədar “31 mart azərbaycanlıların soyqırımının tarixi və siyasi cəhətdən öyrənilməsi”adlı konfrans keçirilib.
Mia.az xəbər verir ki, konfransda məktəb rəhbərliyi və Quba şəhərində “Soyqrımı Memorial Kompleksi”nin mütəxəssisi,tarix üzrə fəlsəfə doktoru,dosent – Sübhan Talıblı,AMEA Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi,tarix üzrə fəlsəfə doktoru – Həsən Səfəri,AMEA Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru,dosent – Elnur Kəlbizadə, 320 nömrəli tam orta məktəbin tarix müəllimi – Zamiq Əliyev,320 nömrəli tam orta məktəbin şagirdləri Əzizova Nigar,Hüseynova Aidə, Mehdiyeva Ayan iştirak ediblər.
Konfransda aşağıdakı mövzularda çıxışlar olub:
Sübhan Talıblı - “1918-ci ildə Şamaxı,Quba,Göyçay,Cavad qəzalarında azərbaycanlıların soyqrımları”
Həsən Səfərli- “Urmiya və Salmasda azərbaycanlıların soyqrımı”
Elnur Kəlbizadə - “İrəvan və Naxçıvanda azərbaycanlıların soyqırımı”
Zamiq Əliyev- “Zəngəzurda azərbaycanlıların soyqırımı”
Əzizova Nigar- Qan yaddaşımız
Hüseynova Aidə- 31 mart soyqrımı
Mehdiyeva Ayan- Cəbrayıl qəzasında azərbaycanlıların soyqrımı
Sonda tədbir iştirakçılarına sertifikartlar təqdim edilib, məktəb kitabxanasına 9 adda müxtəlif kitablar hədiyyə olunub.
Ləman
Mia.az