Antalyanın Muratpaşa səmtində Yılmaz Fahrioğlu tərəfindən silahla qətlə yetirilən tikinti şirkətinin sahibi Zehra Çatalın yaxınları maraqlı açıqlamalar verib.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, hadisə dünən yerli vaxtlıa saat 14.30 radələrində baş verib.

Məlumata görə, 45 yaşlı Yılmaz Fahrioğlu Ermenek Mahallesi Rauf Denktaş bulvarında 40 yaşlı Zehra Çatala məxsus tikinti şirkətinə gəlib.

İddialara görə, o, borc məsələsi ilə bağlı mübahisə etdiyi Çatala tapança ilə 6 dəfə atəş açıb. Və daha sonra hadisə yerindən qaçıb.

Zehra Çatalın yaxınları isə bildirib ki, hadisə borc üstə baş verməyib, əksinə, qadın iş adamından "xərac" tələb olunub: "Xərac tələbi rədd olununca. onu amansız formada ödürüblər. Hazərda polis Zəhranı güllələyən şəxsi axtarır.  Qaril onun əsasən baş-boyun nahiyəsindən güllə sıxıb...".

Ləman

Mia.az