Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qardaşı Fikrət Zeynalova yeni vəzifə verilib.
Məlumata görə, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun müvafiq əmri ilə Fikrət Zeynalov 8 saylı Birləşmiş Şəhər Xəstəxanasının direktoru təyin olunub/Qaynarinfo.
MİA.AZ xəbər verir ki, Fikrət Zeynalov uzun illər Bakıda müxtəlif xəstəxanaların baş həkimi işləyib.
O, bu vəzifəyə qədər 3 saylı Sabunçu Mərkəzi Xəstəxanasının baş həkimi olub. Bu xəstəxanada işləyərkən isə onun barədə çoxsaylı şikayətlər edilib. Görünür, məhz bu səbəbdən onu buradakı vəzifəsindən uzaqlaşdıraraq, nisbətən "sakit xəstəxana"ya göndəriblər.
Samir
MİA.AZ