Həcc ziyarəti üçün qiymət açıqlanıb.
Mia.az Qafqaz Müsəlmanları İdarəsinə istinadla xəbər verir ki, bir nəfərlik ziyarət paketinin qiyməti 5 750 ABŞ dolları təşkil edir.
Həcc ziyarətinə getmək istəyən vətəndaşlardan aşağıdakı sənədlər tələb edilir:
1.Xarici pasport;
2.Şəxsiyyət vəsiqəsinin surəti;
3.3.5 × 4.5 sm ölçüdə 4 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil;
4.Sağlamlıq haqqında arayış.
Sənəd qəbulu martın 17-dən başlanmaqla QMİ-nin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.