ABŞ-da Vilyam Şurç adlı yük maşını sürücüsü 94 ildir qəribə qəzaların baş verdii yolda gecə saatlarında canlı "kabus" görüb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, sürücü kabusu fərq edib irəlidə bir az saxlayıb müşahidə aparsa da, sonradan hürkərək, ərazidən "qaçdığı"nı iddia edib.
Onun maşının kamerasında lentə alınan dörd ayaqlı naməlum canlı isə yolun kənarında heç nəyə məhələ qoymadan rahat hərəkət edirmiş: "Mən bir qədər irəlidə belə bir varlığın yanından ötdüyümü fərq etdim. Saxladım, düşüb baxdım. O hər nə idisə indiyə qədər elə bir şey görməmişəm. Çox rahat və qəribə formada yolkənarı ilə mənə doğru gəlirdi. Qorxdum və sürətlə maşına oturub uzaqlaşdım. Xeyli sonra məni qara basdığını düşünüb, kameramı yoxladım. Yanılmamışdım, bu, həqiqət idi...".
Amerika mətbuatı yazır ki, 1927-ci ildə salınan yolda bu günə qədər çox qəribə qəzalar baş verib. Bu qəzalar nəticəsində çoxlu insan həlak olub. Baş verən qəzalardan sonra insanlar yolun sirli olduğuna, bəzi gözəgörünməz varlıqların qəfil yola çıxaraq sürücülərin diqqətini yayındıraraq qəzalara səbəb olduğuna inanmağa başlayıblar. Bu səbəbdən Vilyamın avtomobilinin kamerasına düşən görüntü ibu tip iddianı gücləndirib.
Məlumata görə, hazırda həmin vanlının nə olduğu araşdırılır.
Ləman
mia.az