Türkiyədə adı gizli saxlanılan məşhur iş adamı N.Ö.-nin katibəsi həbs edilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, müdirini montaj edilmiş foto və videogörüntülərlə şantaj etməkdə ittiham olunur.
Məlumata görə, məşhur iş adamı N.Ö.-nin telefonuna gizli çəkildiyi iddia olunan fotonun montaj olumuş variantı göndərilərək, yayılmaması qarşılığında böyük məbləğdə pul tələb edilib: "N.Ö dərhal İstanbul Prokurorluğuna müraciət edərək, şantaj edildiyini bildiirb. Onun şikayəti əsasında cinayət işi qaldırılıb. Aydın olub ki, bu fotonu ona katibəsi Sibel İldirin göndərib".
Bu barədə istintaqa ifadə verən biznesmen bildirib ki, Sibel İdirin xeyli əvvəl telefonunda digər işçilər foto göstərib və "Bu foto ilə N.Ö.-dən 1 milyon lirə istəyəcəyəm", - deyib.
Məlumata görə, şikayətdən sonra prokurorluq araşdırmalara başlayıb: "Araşdırma çərçivəsində Sibel İdirin 2 telefonu müsadirə edilib. Müsadirə edilən telefondan 181 min fotoşəkil və 47 min video ələ keçirilib. Telefonda digər iş adamlarının video və fotolarının da olduğu öyrənilib. İfadə verən gənc qadın fotoları iş adamına məxsus telefonla özünün çəkdiyini iddia edib. İfadəsi alındıqdan sonra şübhəli gənc qadın tutularaq həbsxanaya göndərilib".
Məlumata görə, Sibel İdiri 8 ilə qədər həbs cəzası gözləyir.
Ləman
mia.az