"Ali Attestasiya Komissiyası ləğv olunmalıdır".

Bunu Milli Məclisin deputatı Etibar Əliyev "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə deyib.

O bildirib ki, elmi dərəcələri universitetlərin özləri verməlidir: "Bütün istiqamətlərdə gələcək ixtisasların atlası hazırlanmalıdır. Yeni ixtisaslar üzrə bir müddətdən sonra çox ciddi kadr qıtlığı müşahidə oluna bilər"/APA.