"Meta" şirkəti yeni sosial şəbəkənin yaradılması üzərində işləyir.

Bu barədə "Agence France-Presse" (AFP) məlumat yayıb.

"Biz insanlara real vaxt rejimində yazılı mesajlar mübadiləsi etməyə imkan verəcək mərkəzləşdirilməmiş və müstəqil sosial şəbəkənin yaradılmasını nəzərdən keçiririk", - şirkətin açıqlamasında deyilir.

Yeni platformasının "Twitter" mikrobloqlar şəbəkəsinə bənzəyəcəyi bildirilir.

Sosial şəbəkə ilkin inkişaf mərhələsindədir, onun istifadəyə verilmə tarixi barədə məlumat yoxdur.

“Meta” şirkəti "Facebook" və "Instaqram" sosial şəbəkələrinin sahibidir/Report.