DEVA Partiyasının sədri Əli Babacan Habertürk TV-əyə müsahibə verib.
Mia.az xəbər verir ki, o, müsahibəsində kürdlərin partiyası sayılan HDP-yə büdcədən yardım verilməsi barədə bugünkü məhkəmə qərarını təqdir edib.
Bildirib ki, tarixən partiya qapatma qərarları əks effekt verib: "Proseslər göstərir ki, bu, heç vaxt səmərəli qərar olmayıb. O üzdən məhkəmənin bugünkü qərarını alqışlayıram. HDP-nin 5-6 milyonluq seçicisi var, parlamentdə deputat sayına görə 3-cü partiyadır. Ümumiyyətlə, biz partiyaların bağlanmasının əleyhinəyik".
Əli Babacan HDP-nin "6-lı Masa"nın prezidentliyə namizədi Kamal Kılıçdaroğluna dəstək verməsinin çox arzuolunan olduğunu deyib: "Dəstək versələr, çox yaxşı olar..."
Samir MUSAYEV
MİA.AZ