Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Eşqin Hüseynov dəfn olunub.

Mia.az Report-a istinadla xəbər verir ki, o,  Hunanlar kənd qəbiristanlığında torpağa tapşırılıb. 

Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Allah rəhmət eləsin!