Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 29 yaşlı baş leytenant Əlibəyli Şəhriyar Ramiz oğlu dəfn edilib.

Mia.az Report-a istinadla xəbər verir ki, onun nəşi II Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Tədbirdə şəhidin ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Allah rəhmət eləsin!