Demokrat Partiyasının sədr müavini, deputat Camal Enginyurtun cangüdəninə 11 ay həbs cəzası verilib.
MİA.AZ Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul 32-ci Cəza Məhkəməsində ötən ilin avqustinda TV proqramda deputatla jurnalist Lətif Şimşəklə arasındakı mübahisəyə müdaxilə edən cangüdən Əmrah Topalla bağlı şikayət üzrə bu gün hökm oxunub.
Prokuror "qəsdən sağlamlığa zərər vurma", "təhdid", "hədə", "ictimai yerdə xuliqanlıq" ittihamları ilə mühakimə olunan cangüdənə ümumilikdə 7 ilə yaxın cəza istəsə də, hakim ona 11 ay həbs cəzası kəsib. O, elə məhkəmə zalında həbs edilərək həbsxanaya göndərilib.
Xatırladaq ki, TV-də canlı yayımda deputatla jurnalist arasında fikir ayrılığı yaranıb. Əsəblərinə hakim ola bilməyən deputat jurnalistin üzərinə yeriyib.
Bu zaman efirə girən deputatın köməkçisi deyilən, əslində isə cangüdəni olan Əmrah Topal jurnalitə zərbəılər endirib. Aldığı zərbələrdən ciddi xəsarət alan jurnalist deputat və köməkçisindən şikayətçi olub. Lakin deputat toxunulmazlığı olan Camal Enginyurt istintaqa cəlb olunmayıb.
Zülfiyyə
Mia.az