Lənkəranda polis əməliyyatı keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Mia.az-a bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayon sakini Elçin Əsədov Lənkəran rayonun Göyşaban kəndi ərazisində saxlanılıb.

Keçirilən baxış zamanı onun əlindəki bağlamadan 5 kiloqramdan artıq heroin, 1 ədəd “Makarov” tipli tapança, həmin silaha aid sandıqça və 8 ədəd patron aşkarlanaraq götürülüb.

İlkin araşdırma zamanı E.Əsədovun həmin narkotik vasitə və odlu silahı İranda yaşayan narkotacir vasitəsilə əldə etdiyi, pul müqabilində deyiləcək yerlərə çatdırmalı olduğu müəyyən edilib.

Qeyd edək ki, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat tədbirləri nəticəsində son 20 gün ərzində ümumilikdə 28 nəfər saxlanılıb.

Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılıb.