Türkiyənin Adana şəhərində nişanlı gəncləri güllələyən şəxsi ifadəsi yayılıb.
Mia.az Türkiyə TV-lərinə istiandla xəbər verir ki, onları güllələyən qızın 49 yaşlı atası M.Dopoğlu olub.
O, yol kənarında 27 yaşlı gələcək kürəkəni Abdülsamet Kocamanla 24 yaşlı qızı Zülfiye Dopoğlunin başlarlndan güllələyərək öldürüb.
Polisdə ifadə verən qızın atası deyib ki, qızının nişanlısı ilə birgə hadisədən iki gün əvvəl qaçması onun qürurunu zədələyib: "Buna görə 2 gün onları axtardım. Daha sonra yolda onlara rast gəldim. Qızımın nişanlısı maşından düşərək, üzərimıə silah çəkdi. Mən də silahı onun əlindən alaraq vurdum, bu zaman qızım qaçdı. Mən də ardınca düşüb, onu da başından vurub öldürdüm".
O, daha sonra bildirib ki, qızının bu şəkildə evlənməsinə qətiyyən razı olmayıb.
Polisə ifadəsindən sonra onun barəsində həbs qətimkan tədbiri seçilib.
Samir Musayev
Mia.az