İstanbulda 2 ay bir evdə zorla girov saxlanılan 26 indoneziyalı qadın polis əməliyyatı ilə xilas edilib.

Mia.az Türkiyə mətbuatına istinadla bildirir ki, Polis daxil olan məlumat əsasında Bahçelievlerdə bir villaya daxil olub.

Əməliyatla burada girov saxlanılan 26 İndoneziya vəətndaşı olan qadınların qapalı yerdə saxlandıqları bəlli olub.

Araşdırma ilə aydın olub ki, onları girov saxlayan şəxslər bu qadınların Dubaya getmələrinə də mane olublar: "Cinayətkar şəbəkə bu qadınların pasport və telefonlarını əllərindən alaraq villadan kənara çıxmalarına imkan verməyib. Hazırda polis bu qadınların fahişəliyə cəlb edilib-edilmədiyini də araşdırır".

Xəbər görə, villada saxlanıan 3 nəfər məhkəməyə çıxarılıb: "Qadınları girov götürənlərdən 2 nəfər haqqında həbs qərarı çıxarılıb, bir nəfər isə polisin nəzarəti altına verilib".

Ləman

Mia.az