Bakıda mənzildən 120 min dollarlıq qızıl oğurlanıb.
Mia.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, Səbail rayonunun Badamdar qəsəbəsindəki mənzillərin birindən oğurluq edilməsi barədə 41-ci Polis Bölməsinə məlumat daxil olub.
Polis əməkdaşları müvafiq araşdırmalar aparıb və ötən ilin dekabr ayından bu il fevralın 26-dək olan müddətdə mənzildən 120.000 ABŞ dolları dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması məlum olub.
Keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluğun Bakı şəhər sakinləri S.Rzabəyli və tanışı E.Ağayev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub və onlar saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.