Avstraliyanın Mandurah şəhərində bir evə basqın edən polis çox maraqlı yeni silah aşkarlayıb.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, Avstraliyanın Mandurah şəhərində polis narkotik və silah qaçaqmalçılığı şübhəsi ilə bir evə basqın edib. 

Basqın zamanı çoxlu sayda silah və narkotik vasitə ələ keçirilib. 

Avstraliya polisinin açıqlamasına görə, əməliyyatla silah və narkotik ticarəti ilə məşğul olan 31 yaşlı şəxs saxlanılıb: "Onun evindən tapılan bir telefon isə şübhələrimizi çox çəkdi. İlkin araşdırmamıza görə, bu, sadə bir əməliyyatla anında öldürücü gücü çox olan tapançaya çevrilir. Həmin silah tərəfimizdən ekspertizaya göndərilib".

Zülfiyyə

Mia.az